Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
08 2024 15:47

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Şağlasər kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İbad Musarza oğlu Musayev 1974-cü il martın 8-də anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

İ.Musayev Şağlasər kənd qəbiristanlığında dəfn olunacaq.


20 May 2024
Cəmiyyət

Nazir: "Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır"

"Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır".

20 May 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

20 May 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 20 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

20 May 2024
Cəmiyyət

Darçının möcüzəvi faydaları: Gündə 1 qram... - FOTO

Şirniyyatdan yeməklərə və hətta bitki çaylarına qədər bir çox yemək və içkilərdə geniş istifadə edilən darçın sağlamlıq üçün də çox faydalı olan qiymətli ədviyyatdır.

20 May 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var?

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.